Mükafatlandırma gecəsinin zarafatı

Mükafatlandırma gecəsinin zarafatı

6 İyun 2011 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Hər il reallaşdırılması adət halını almış "MTV" film mükafatları bu dəfə də əyləncəli bir tədbirlə sahiblərinə təqdim olunub. Gecəyə Castin Timberleyklə Mila Kunisin səhnədəki zarafatyana hərəkətləri damğasını vurub.

Ən yaxşı film ödülünü "The Twilight Saga", ən yaxşı aktrisanı Kristen Stevart, ən yaxşı aktyoru isə Robert Pattinson aldı. Ən yaxşı komediya aktrisası Emma Ston, ən mənfi xarakter nominasiyasında Tom Felton rəqiblərini arxada qoyub. Ən yaxşı öpüşənlər isə Kristen Stevart ve Robert Pattinson olub. Bir sözlə, gecənin əksər mükafatlarını "The Twilight Saga" və onun heyəti alıb.

Hərdən zarafatın axırı heç də yaxşı qurtarmır.

Günel Həbib

O.M.