Yeni filmini sirr kimi gizlədir

Yeni filmini sirr kimi gizlədir

6 İyun 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)


Şahan Gökbakar "Recep İvedik" filmi ilə 3 ildə 11 milyon 960 min 599 nəfərin könlünü fəth etdi. Filmlərinin rejissoru qardaşı Toqan Gökbakar əsgərlik xidmətini çəkdiyi üçün bu ili "Recebsiz" keçirən aktyor yeni sezona 2 filmlə birgə girəcək. "Tək rəqibim "Recep İvedik"dir. İkinci filmim də rekord qırmağa hazırdır. Çempion da bəllidir, ikinci də", - deyən Şahan reklamlarda da birinciliyi əldə etdi: "Bütün bunlar atamdan mənə qalmayıb. Hamısı alnımın təri ilə meydana gəlib. Alın tərim isə insanların mənə olan sevgisidir. Bununla da haqlı olaraq qürurlanıram", - dedi.

Hərdən gülməli ilə gülünc olan qarışır. Film gülməli idisə, aktyorun qeyri-təvazökar çıxışı gülünc səsləndi...

Günel Həbib

O.M.