
Gənc rokçu Ümman çoxlarına nümunə olacaq
Gənc rokçu Ümman yeni mahnısının klip çəkilişi üçün kameralar qarşısına keçib. İfaçı növbəti klipinin çəkilişləri zamanı ağlamalı olub. Onu buna klipin rejissoru Rəhman Əliyev "məcbur" edib. Klip "Zərrə-zərrə" adlı lirik mahnıya çəkilib. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid olan mahnıya klipin çəkilişləri Bakıda açıq havada çəkilib. Xəyanətdən bəhs edən mahnının klipində də Ümmanın tərəf müqabili olmayıb. Çəkiliş zamanı müğənni üç geyim dəyişib. Montaj prosesinə bu gün start verilən klip qısa vaxta təqdim ediləcək. Gənc rokçu Ümman yeni mahnısının klip çəkilişi üçün kameralar qarşısına keçib. İfaçı növbəti klipinin çəkilişləri zamanı ağlamalı olub. Onu buna klipin rejissoru Rəhman Əliyev "məcbur" edib. Klip "Zərrə-zərrə" adlı lirik mahnıya çəkilib. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid olan mahnıya klipin çəkilişləri Bakıda açıq havada çəkilib. Xəyanətdən bəhs edən mahnının klipində də Ümmanın tərəf müqabili olmayıb. Çəkiliş zamanı müğənni üç geyim dəyişib. Montaj prosesinə bu gün start verilən klip qısa vaxta təqdim ediləcək.
Mediainfo.az