Özcan Denizə rekord qonorar!
Müğənni türk serial tarixinin rekordunu qırdı!
Özcan Deniz baş rollarını Ece Uslu və Yavuz Bingölün paylaşdığı "Karagül"lə yollarını ayırdı. Çünki müğənni-aktyor sevənlərinin qarşısına yeni bir serialla çıxmağa hazırlaşır. Özcan Denizin yeni serialının adı "Kaderimin yazıldığı gün"dür.
Mediainfo.az xəbər verir ki, Özcan Denizin yeni layihəsindəki həmkarı Belçim Bilgin olacaq. Hər bölüm üçün 96 min lirəyə (təxminən 45 min manat) anlaşan ünlü türk serial tarixində rekordu yeniləmiş oldu. Onu da qeyd edək ki, serial "O2 Turkey" şirkəti tərəfindən çəkiləcək və "Şou Tv"də yayımlanacaq. Rejissor stulunda Altan Dönmez oturacaq. Onu da qeyd edək ki, "Kaderimin yazıldığı gün"ün bir illik qonorarını Özcan elə müqaviləyə imza atdığı gün əldə edib.
Günel Həbib
Digər xəbərlər