
Röya Türk serialına dəvət alıb
Müğənninin "Sənə görə" albomu Türkiyədə çıxacaq
İyun ayının 7-si Röya Ayxan növbəti albomu ilə əlaqədar danışıqlar üçün Türkiyəyə yola düşəcək. Müğənninin Oxumeni.az-a verdiyi məlumata görə, albomun adı "Sənə görə" olacaq. Hazırda müğənninin 15 video klipi hazırlanıb ki, növbə ilə efirlərə verilməsi nəzərdə tutulur. Röya Ayxan həmçinin Türkiyədə seriallardan birinə dəvət aldığını və təklifi təhlil etməkdə olduğunu da bildirdi.
Biz də həmişə olduğu kimi bu dəfə də "sənə görə" albomunu sənə görə dinləyəcəyik, Röya...
Günel Əliqızı
O.M.
Digər xəbərlər