Rəşad Dağlı ad gününü qeyd etdi

Rəşad Dağlı ad gününü qeyd etdi

22 Aprel 2014 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
Tanınmış meyxanaçı doğmalarının əhatəsində oldu

Tanınmış meyxanaçı Rəşad Dağlı dünən ad gününü qeyd edib. "Mən on ildən sonra həyata gəlmişəm. Valideynlərimin, nənə-babalarımın, qohumlarımın gözünü yolda qoymuşam. Şərəfimə günlərlə ziyafətlər verilib, qurbanlar kəilib, nəzirlər paylanılıb. Hamını sevindirmişəm. On il bu işıqlı həyatdan uzaq düşməyimin dadını çıxartmalıyam, ya yox?!" - deyə zarafatından qalmayan yaraşıqlı meyxanaçı hər il nə az, nə çox, düz üç gün, üç gecə ad günü keçirdiyini də açıqladı:

- Dünən ailə üzvlərimlə, sevimli oğlum Vaqiflə (xatırladaq ki, Rəşadın iki yaşlı oğlu onun atasının adını daşıyır - red.) bərabər oldum. Bu gün məsafəcə yaxın, sabahda, birisi gündə isə uzaq dostlarımla bərabər olacağam. Təbrikinizə görə də sizin saytınıza ayrıca minnətdaram. Çox sağ olun ki, unutmadınız məni.

Təbrik edirik, Rəşad Dağlı!

Hazırladı: Könül Aypara