"Məhəmmədəliyə yardım edək" kampaniyasına sən də qoşul!
Müğənnilərimizdən kimlər iştirak edəcək?
Aprelin 25-də "Parkbulvar"da "Məhəmmədəliyə yardım" adlı kampaniya keçiriləcək. Saat 15:00-dan 17:00-a kimi sözügedən məkanda konsert proqramı təşkil olunacaq. Müğənnilərdən Nura Suri, Zamiq, Röya, Samira, Elnarə, Azad Şabanov, DJ Cina və başqalarının iştırakı ilə təşkil olunmuş konsertin başlıca məqsədi psixo-fiziki inkişaf geriliyindən əziyyət çəkən Rüstəmli Məhəmmədəlinin əməliyyatına yardım etməkdir.
P.S. Bir-birinin ardınca diplomlar alan, fəxri fərmanlarla təltif edilən, "Xalqın gözü tərəzidir" misalını tutuquşu kimi əzbərləyib, lazım gəldi-gəlmədi vurğulayan bəzi müğənnilərimiz, xalqın bir nümayəndəsinə yardım əlinizi uzatmağın vaxtı deyilmi?
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































