Əlixan Səmədov ikinci dəfə ailə qurdu!
Bu dəfə balaban ustası azərbaycanlı xanımla evləndi
Aprelin 3-də Türkiyədə yaşayıb-yaradan, mahir balaban ustası Əlixan Səmədov ikinci dəfə ailə həyatı qurub. Türk xanımından ayrılan Əlixan bəy bu dəfə azərbaycanlı xanımla evlənib. Ellada adlı xanım da Türkiyədə yaşayır. Bu, onun da ikinci evliliyidir.
Onu da vurğulayaq ki, hər iki tərəf aktrisa Məlahət Abbasova ilə yaxın münasibətdədir. Deyilənə görə, cütlük elə Məlahət xanımın sayəsində tanış olublar.
P.S. Məlumatı dəqiqləşdirməkdən ötrü Ə.Səmədovun özü ilə olmasa da, Ellada xanımın oğlu Sərxanla əlaqə saxlaya bildik. S.Səmədov cütlüyün rəsmi qaydada evləndiklərini təsdiqlədi.
Allah xoşbəxt eləsin!
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































