QALMAQAL!!! "Meyxanaçı Samirənin əxlaqsız meyxanalarından pisdir "Can Cana?"" - VİDEO
"Can cana" mahnısının mahir ifacısı Anar Qasımbəylıni yenə də əsəbləşdiriblər.
"Hamı çıxıb mahnımı ifa edir, sonra da deyir ki, mən oxumuram . O gün də Meyxanaçı Samirə çıxıb "Space" kanalında yayımlanan "Günaydın" verilişində deyir ki, mən "Can Cana"nı oxumuram. İstəyəndə də deyirəm ki, ay bala, get özün oxu. Sizin vasitənizlə Meyxanaçı Samirəyə demək istəyirəm ki, birinci, ifa etmirsən etmə, sənə yalvaran yoxdur. Kim nə edirsə, özünə edir . Sənin dediyin meyxanadan bəyəm pisdir "Can cana" mahnısı? "Can cana" pis olsaydı, ona meyxana qoşmazdılar! Samirə, sənin dediyin meyxanadakı əxlaqsız sözlərdən min dəfə "Can cana" mahnısı səviyyəlidir! Pisdirsə, niyə meyxanaçılar qafiyə qoşub deyirlər? Onda deməsinlər də. Kim gündəmə gəlmək istəyirsə, başlayır "Can cana"ya ilişməyə. Bu mahnım pis olsaydı, heç kim toyda oynamazdı. Özü də kimlər oynamır! Burdan hamıya deyirəm! Heç kim mənim ağzımı açdırmasın! Mahnımla da özlərini reklam etməsinlər!" – deyə ürəyini Mediainfo.az-a açan Anar Qasımbəyli meyxanaçı Samirə ilə yanaşı bir çox sənətçilərə xəbərdarlığını bildirmiş oldu.
Əks tərəfin fikrini də öyrənməyə hazırıq.
Hazırladı: Şəlalə Nəriman
































































































