Ramal İsrafilov toyuna hazırlaşır

Ramal İsrafilov toyuna hazırlaşır

25 Mart 2014 12:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Seçdiyim xanımla ailə qururam"

Tanınmış müğənni, bir çox hit mahnıların bəstəkarı Ramal İsrafilov da bu il subaylığın daşını atanlardan olacaq. Aprelin 14-də müğənni sevib-seçdiy xanımla bərabər nikah masasında əyləşəcək. Şəhərin gözəl məkanlarından birində baş tutacaq toy şənliyindəki qonaqların yarıdan çoxunu incəsənət adamları təşkil edəcək. Belə ki, Ramal yaradıcı nəslin nümayəndəsidir. O, xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğludur.

"Mənə deyirdilər ki, niyə evlənmirsən? Deyirdim, hər şeyin öz vaxtı var. Budur, vaxt gəlib çatdı və mən əlbəttə ki, öz seçimimlə ailə qurmağa qərar verdim", - deyə Mediainfo.az-a açıqlama verən səbəbkara xoşbəxtlik arzulayırıq!

Hazırladı: Könül Aypara