Müğənnilər cəbhə bölgəsində olublar

Müğənnilər cəbhə bölgəsində olublar

18 Mart 2014 12:48
Bəyəndim (0) Bəyənmədim (0)
"Allah əsgərlərimizi qorusun!"

Tanınmış prodüser Tarix Əliyev işlədiyi müğənnilərlə birgə Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə gedib. Səfərin məqsədi Novruz bayramı ərəfəsində gecə-gündüz vətənin keşiyini çəkən əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmək olub. Elton Hüseynəliyev və Sevda Yəhyayeva sevilib-seçilən mahnıları ilə cəbhə bölgəsində xidmət göstərən əsgərləri feyziyab ediblər. Ritmik mahnıların sədası altında qol qaldırıb oynayan əsgərlər müğənnilərə, T.Əliyevə minnətdarlıqlarını bildirərək, xatirə şəkilləri çəkdiriblər. Bundan başqa, hərbi qulluqda olan gənlərimizə müxtəlif hədiyyələr də verilib.

Hazırladı: Könül Aypara