Ağasəlim Abdullayev ağır qəzaya düşüb: nəvəsi və həyat yoldaşı ölüb

Ağasəlim Abdullayev ağır qəzaya düşüb: nəvəsi və həyat yoldaşı ölüb

15 Mart 2014 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti xəstəxanaya yerləşdirilib

Gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb. Faktla cinayət işi başlanıb, araşdırma aparılır.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə, xalq artisti Ağasəlim Abdullayev 3 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Mediainfo.az