Kemal Cenk İçten daha bir restoranın açılışını edəcək

Kemal Cenk İçten daha bir restoranın açılışını edəcək

26 Fevral 2014 18:13
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış prodüser Kemal Cenk İçten sabah daha bir restoranının açılışını edəcək. "Sabah "Kempinski Otel"də yoldaşımla birgə yeni restoranımızın açılışını edəcəyik. Bir çox tanınmış simalar, həmçinin şou-biznes ulduzları da açılışa dəvətlidirlər. Türk musiqiçiləri də qonaq qismində iştirak edəcəklər", - deyə Mediainfo.az-a açıqlama verən Kemal bey "Possedion" adlı restoranın ona uğur gətirəcəyinə əmindir. Onu da əlavə edək ki, türk müğənnisi Nursel Dalkılıç və musiqiçilərdən - Serkan Lekesizgöz və orkesrtası hər axşam "Possedion"a gələn qonaqları musiqiləri ilə feyziyab edib, əyləndirəcəklər. Sözüdegən musiçilər indən belə Bakıda qalacaqlar.

Xatırladaq ki, K.C.İçten bu ayın əvvəli azərbaycanlı model Minarə Allahverdiyeva ilə ailə qurub.

Xeyirli, uğurlu olsun!

Hazırladı: Könül Aypara