Röya xərçəng xəstəsinə yardım etmədi: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm"

Röya xərçəng xəstəsinə yardım etmədi: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm"

26 Fevral 2014 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Xəstə həkimlərin ucbatından bu haldadır

Bu sözləri tanınmış müğənni Röya Ayxan həkimlərin səhvi ucbatından xərçəng xəstəliyinin 4-cü mərhələsi ilə mübarizə aparan Nərmin Hüseynlini xilas etmək üçün xeyriyyə kampaniyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab verərkən bildirib. "Park Bulvar" Ticarət Mərkəzində keçirilən aksiyanın aparıcıları müğənni Röya Ayxana yardım etməsi üçün müraciət edib. Müğənninin cavabı qısa olub: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm".

Xatırladaq ki, Nərmin Hüseynli keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq "zob" adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problem olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür. Əməliyyatı üçün 150 min manat pul lazımdır./axar/