Şou-biznes nümayəndələrindən Xocalını ananlar kimlərdir?

Şou-biznes nümayəndələrindən Xocalını ananlar kimlərdir?

26 Fevral 2014 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə şou-biznes nümayəndələri də Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar statuslar paylaşıblar. Reper Anar Nağılbaz şeirlə, əməkdar artist Abbas Bağırov, Aysel Əlizadə və prodüser Murad Dadaşov videoroliklə, "Şeron" qrupunun üzvü, müğənni Mirkamil Kamilov, Rövşən Cıvışov, prodüser Kemal Cenk İşten, rejissor Nail Naiboğlu, xalq artisti Nəzakət Teymurova, Fəxriyyə Xələfova, Elnur Məmmədov, prodüser Tarix Əliyev, Sərxan Kərəmoğlu, xalq artisti İlham Namiq Kamal, "Crazy Eyes Dance Crew" qrupu, Vüqar Muradov, Eldar Qasımov, Günay İbrahimli qəmli status və tükləri ürpədən fotogörüntülərlə Azərbaycan xalqına başsağlığı verərək, bu vəhşiliyi unutmamağı vurğulayıblar.

Hazırladı: Könül Aypara