Müğənni sayca ikinci restoranını açdı

Müğənni sayca ikinci restoranını açdı

26 Fevral 2014 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Gənc ifaçı Pərvin Lətifov media nümayəndələrini və sənət yoldaşlarını başına toplayıb xoş gününü qeyd edib. Müğənni sayca ikinci restoranının açılışını edib. 2004-cü ildə "Azəri Star" mahnı müsabiqəsinə qatılmaqla tanınmağa başlayan Pəvin sən demə müğənnilik ilə yanaşı bizneslə də məşğuldur.

İfaçı saytımıza müsahibəsi zamanı bildirib ki, o artıq 11 ildir bu işlə məşğul olur. Pərvin eləcə də açıqlayıb ki, müğənnilik ilə pul qazanmaq yetərli deyil: "Bir çoxları maraqlanırlar mən bu restorana nə qədər xərc tökmüşəm, dəqiq qiyməti demək istəmirəm, amma bir söz demək istəyirəm ki, bu heç də asan və ucuz başa gəlməyib".

Açılış mərasimində şoubiznesin tanınmış simaları da iştirak ediblər. Onların arasında gənc ifaçı Günay İbrahimli, Ramal İsrafilov, Kərim Abbasov, Elvin Abdullayev, Yaşar, model İlqar, aktyor-prodüser Fuad Dadaşov və digərlərini sadalamaq olar.

Qeyd edək ki, tədbirin aparıcılığı məşhur aparıcı Zaur Naiboğluna həvalə edilib.