Karolin Hollivudda filmə çəkilir!

Karolin Hollivudda filmə çəkilir!

26 Fevral 2014 10:03
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa zirvədən təklif aldı

"Öyle bir geçer zaman ki"nin Karolini Hollivudda!

Mediainfo.az yazır ki, aktrisa Hollivuddan təklif alıb. Belə ki, ünlü "Dead life"(Ölü həyat) adlı film üçün kamera qarşısına keçəcək. İki ildir birlikdə olduğu iş adamı sevgilisi ilə avqust ayında nikah masasına oturmağı planlaşdıran Vilma xəyallarını bəzəyən arzusuna qovuşdu. Bu film üçün bir müddətdir Los-Ancelesdə qalan aktrisa danışıqlardan sonra İstanbula döndü:

- Nə şanslıyam mən... Allaha şükürlər olsun... Ən böyük arzum gerçəkləşir. Buna görə Allahıma təşəkkür edirəm.

Türkiyədəki işlərini yoluna qoyan Vilma Ellesin Amerikada aktrisalıq təhsili aldığı, aradabir sevgilisi ilə okeanın o tayına istirahətə getdiyi - bir daşla iki quş vurduğu da öyrənildi.

Günel Həbib