Nura Suri "Brilliantlar"ını göstərəcək
Bugünkü eksklüziv xəbərim şou-biznesdə cazibədar gülüş sahibi hesab olunan Nura Suri haqqında olacaq. Gec, amma səviyyəli işlər görməyi xoşlayan müğənninin yaradıcılığındakı yeniliyi sizlərlə bölüşürəm:
Xəbər verdiyimiz kimi, N.Suri sözləri və musiqisi Murad Arifə aid olan "Brilliantlar" mahnısına klip çəkdirib. Klip Gürcüstanda həyata keçirilsə də, Nuranın komandası onu tənha buraxmayıb. Vizajist Nigar İbrahimova, stilist Syama və digər tanınmışlar klipin çəkilişində yaxından iştirak ediblər.
Əlavə edim ki, çəkilişlər, montaj işləri artıq başa çatıb. Fevral ayının 24-də Nura "Brilliantlar"ının təqdimat mərasimini keçirəcək. Təqdimat "Opera Lounge"da baş tutacaq. Mərasimə çəkiliş heyəti ilə birgə Suriyə əziz olan adamlar da dəvətlidir.
Necə deyərlər, "Ayağı sayalı olsun!" Klip hit-paradlarda daim brilliant kimi bərq vursun!
Hazırladı: Könül Qocayeva Aypara
































































































