"Bilin ki, mən Lider Televiziyasının rəsmi işçisi olmamışam"

"Bilin ki, mən Lider Televiziyasının rəsmi işçisi olmamışam"

20 Fevral 2014 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Telejurnalist Vüsalə Əliyeva Lider TV-də işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aparıcı telekanalın rəsmi işçisi olmadığını qeyd edib: "Bu gün bir çox saytlar yazıb ki, məni işdən çıxarıblar. Bilin ki, mən Lider Televiziyasının rəsmi işçisi olmamışam. Həftəlik işimi təhvil verib qonorarımı almışam. Adı çəkilən televiziya işçiləri hamısı tanınmış simalardır. Niyə onlardan yox, məhz məndən yazırsınız? Kiminsə əsəbini pozmaqla, şəxsi məsələlərini qurdalamaqla xəbər yazmayın. Mənə dəstək olan əsl dostlarım, çox sağ olun. Dırnaqarası dostlar, siz də narahat olmayın. Tanrı çox sınağa çəkə bilər. Amma əsas odur ki, mən işsiz deyiləm".