Sultan Avropa Prodüsseri Almaniya səfərindən danışdı

Sultan Avropa Prodüsseri Almaniya səfərindən danışdı

19 Fevral 2014 22:21
Bəyəndim (0) Bəyənmədim (0)
"Heç kim heç kimə mane ola bilməz məncə..."

Daha bir tanınmış prodüser Sultan Avropa Prodüseri Almaniyada Novruz şənliyi ilə əlaqədar konsert proqramı təşkil edib. Meyxanaçı Samirə, Vüqar Əbilov, əməkdar artistlərdən Nüşabə Ələsgərli, Aygün bəylər, Beybut Kərimov, Afaq Aslan, Səidə Dadaşovanın iştirak edəcəyi konsert martın 22-də Almaniyanın Hannover şəhərində keçiriləcəkdir.

"Budəfəki konsert proqramımızın fərqli cəhəti ondan ibarətdir ki, Azərbaycandan Almaniyaya keçəl və Kosa da dəvət etmişəm. Konsertin təşkilatçısı özüməm və orada yaşayan azərbaycanlılar", - deyə Mediainfo.az-a açıqlama verən prodüser daha bir neçə sualımızı da səmimi cavablandırdı:

- Nəyə görə başqa sənətçilərlə işləmirsiniz? Hər dəfə təşkil etdiyiniz konsert proqramlarında eyni müğənnilər, eyni meyxanaçılar iştirak edirlər.

- Hamı ilə işləmişəm. Amma bu komandanı çox sevirəm. Yəqin ondandır. Səidə ilə Afaq komandaya təyin edilmiş yeni müğənnilərdir.

- Sizin konsertinizdən bir gün əvvəl Tolikin komandası həmin ölkədə, amma başqa şəhərdə keçiriləcək konsertdə çıxış edəcək: Sevda Yəhyayeva, Elton Hüseynəliyev və Abbas Bağırov. Bu, sizin konsertinizə mane olmayacaq ki?

- Mən onlara da, özümə də uğurlar arzu edirəm bu layihələrdə. Heç kim heç kimə mane ola bilməz məncə.

- Hər iki prodüserimizə uğurlar diləyirik!

Hazırladı: Könül Aypara