Mahidevran: "O səhnədə gördüyünüz göz yaşları həqiqidir"

Mahidevran: "O səhnədə gördüyünüz göz yaşları həqiqidir"

19 Fevral 2014 13:38
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyorlar həqiqətən ağlayıblar

"Muhteşem Yüzyıl"da şahzadə Mustafanın atası tərəfindən edam edilməsi hər kəsi dərindən sarsıtdı. Bu gün yayımlanacaq olan bölümdə övladının acı xəbərini anası alacaq. Bax, elə Mahidevran - Nur Fettahoğlu da o anı bizlərlə paylaşdı:

- Çəkilişlərdə həqiqətən ağladıq. Ana olmadan övlad acısını yaşadım mən. Göz yaşlarımıza hakim ola bilmədik. Mahidevranın nələr yaşadığını düşündüm bir anlıq. Necə böyük bir acı...

Çəkilişlər bitdikdən sonra müəyyən müddət göz yaşlarımızı durdura bilmədik. Nə zaman ki, evə döndük, o zaman da gerçəyə döndük. Üzüm professional bir makiyajla yaşlandırıldı. Ağlayarkən makiyajımın axmasından qorxdum. Mənə dedilər ki, kontrolunu itirmə, başqa da heç nəyə fikir vermə. Çox uzun saatlar davam edən çətin bir səhnə idi.

İndi isə Qanuni Sultan Süleymana can verən Halit Ergençdən stressli səhnəni dinləyin:

- Mustafa - Mehmet Günsür "ata" deyə qışqıranda özümə hakim ola bilmədim. Hönkür-hönkür ağladım. Səhnə yarımçıq kəsildi və yenidən çəkmək məcburiyyətində qaldıq. Mustafanı ölümündən sonra qucağıma götürdüyüm an da özümə hakim kəsilmədim. O səhnədə gördüyünüz göz yaşları həqiqi - bir atanın göz yaşlarıdır.

Günel Həbib