
Şahzadə Mustafanın oğlu ilə şahzadə Beyazıd da edam olunacaq
Türkiyənin Bursa şəhərində yaşayan və daha öncə "Muhteşem Yüzyıl" serialında şahzadə Mustafanın boğdurulmasından təsirlənən Hasan Köz adlı vətəndaş polisə müraciət etmişdi. Şikayət ərizəsində o, bildirmişdi ki, şahzadə Mustafanın etibarını yerlə bir edənlər cəzalandırılmalıdırlar.
Bu dəfə Hasan Köz bölməyə daha bir şikayət ərizəsi yazıb göndərdi. Ərizədə "Muhteşem Yüzyıl" serialının yayımının dayandırılmasını tələb etdi. Bundan başqa, Qanuni Sultan Süleymandan ünvanının alınmasını istədi: "Çünki övlad qatilinin bir dövlət başqanı olaraq anılmasını istəmirəm. Başqan humanist, inancıl olmaldır. Övladını öldürən insan xalqını da gözünü qırpmadan öldürər!"
Tarixdə Mustafanın 7 yaşlı oğlu Mehmetlə, şahzadə Beyazıdın da öldürüldüyünü vurğulayan şikayətçi, "Bu səhnələri görmək istəmirəm. Ona görə də serialın yayımı dayandırılmalıdır!!" - deyir.
Günel Həbib