
Müğənni Azərbaycanı tərk etdi
Məşhur müğənni Yaşar Cəlilov b ugünlərdə ölkəni tərk edib. O, qonşu Türkiyəyə səfər edib. Yaşarın bu səfərinin səbəbi kimi istirahət etmək istədiyini desə də, aldığımız məlumata görə, müğənni ora yeni layihələrlə bağlı yollanıb. Bu təklifin yeni albom buraxılışı, yoxsa Türkiyə şou-biznesinə qoşulmaqla bağlı olduğunu soruşsaq da, Yaşar Cəlilov susmağa üstünlük verib. Müğənni tezlikə paytaxta dönəcəyini və səfərlə bağlı geniş açıqlamalar verəcəyini bildirib.
Digər xəbərlər