
Tolikin məzəli mesajı: "Mənim də Şahdağda şəklim oldu"
Prodüsserin Qusara səfərinin məqsədi varmış
Tanınmış prodüsser Tarix Əliyev də Şahdağda şəkil çəkdirməyə "nail oldu". Dünən Qusara yola düşmüş prodüsser xeyli əylənərək, bol-bol şəkillər çəkdirib. "Nəhayət, mənim də Şahdağda şəklim oldu", - deyə sosial şəbəkələrdə məzəli mesaj yazan Tolik Sevda Yəhyayeva, Elçin Cəfərov və bir çox tanınmışlarla çəkdirdiyi fotogörüntülərini paylaşıb.
Sən demə,prodüsserin Qusara səfərinin məqsədi varmış. Əldə etdiyimiz məlumata görə, T.Əliyevin çalışdığı müğənni - Sevda Yəhyayeva klip çəkdirmək üçün Şahdağa üz tutub. Sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova aid olan "Səni sevirəm" adlı mahnı 14 fevral Sevgililər Günündə klipi ilə bərabər tamaşaçıların ixtiyarına buraxılacaq.
Mediainfo.az
Digər xəbərlər