
"Səhifəmə girib əsəbiləşməyin, ağzınız əyiləcək"
Müğənni Röya geyimlərini açıq-saçıq adlandırıb, onu tənqid edənlərə cavab verib.
Müğənni düşüncələrini sosial şəbəkə vasitəsi ilə çatdırıb:
"Çox sevdiyim modelyer və inanılmaz zövqə malik Səbinə Hüseyninin 2005-ci ildən işlərinə vurğunam. Qısası, paltarlarıma ağızbüzənlərə demək istəyirəm ki, səhifəmə girib əsəbiləşməyin. Cavan uşaqlarsınız, ağzınız əyiləcək".
Digər xəbərlər