
"Ay Zaur" verilişini bağladılar
"Xəzər" telekanalının "Ay Zaur" verilişinin yayımı dayandırılıb.
Bu haqda verilişin aparıcısı Zaur Kamal deyib. Onun sözlərinə görə, yenilik etməyin zamanı çatıb:"Ay Zaur" bitdi. Beş ildir ki, efirdə idik. Hər buraxılışı birinci olurdu. Bir az dəyişiklik etmək istədim. Bundan sonra həftənin beş günü, "Beşdə-beş" verilişi ilə tamaşaçıların görüşünə gələcəm".
Digər xəbərlər