Elza Seyidcahan nəvəsini gizlədib?!

Elza Seyidcahan nəvəsini gizlədib?!

17 Yanvar 2014 23:25
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist açıqlama gətirdi

Əməkdar artist Elza Seyidcahan bu gün təmtəraqlı bir ad günündə iştirak edib. Uşaqlarla çəkdirdiyi səmimi fotogörüntülərini isə bir az öncə sosial şəbəkələrdə paylaşıb. Hansı ki, artıq dedi-qodulara səbəb olmaqdadır. Deyilənlərə görə, ad günü olan uşaq Elza xanımın nəvəsidir. Və nədənsə müğənni onu bu günədək hamıdan gizli saxlayıb.

Söz-söhbətə aydınlıq gətirməkdən ötrü E.Seyidcahanla əlaqə saxladıq. "Mənim nəvəm yoxdur! O uşaq bacımın oğlu Nurudur. On iki yaşını bu gün bərabər qeyd etdik. Nəvəm olsaydı, bunu heç vaxt gizlətməzdim. İnşallah, vaxt gələr, mən də nəvə sahibi olaram", - deyə Mediainfo.az-a açıqlama verən müğənni onu da bildirdi ki, tezliklə görünməmiş bir layihəyə imza atacaq:

- Təyyarədə konsert verəcəyəm!

Hazırladı: Könül Aypara