
"Kurt Seyit ve Şura" başlayır: kim nə qədər qazanacaq?
Serial başlamadan onun büdcəsi gündəmə düşüb
"Kurt Seyit ve Şura" artıq başlayır! Mart ayında "Star" tv-də izləyicilərin görüşünə tələsən layihə türk serial tarixinin hər bölüm başı təxminən 1 milyon dollarlıq maliyyəti ilə rekord qırmış oldu. Rusiyada soyuq hava şərtləri altında durmadan işləyən qrup serialı mart ayında hazır vəziyyətə gətirəcək.
Mediainfo.az xəbər verir ki, çəkilişlər sırasında atdan yıxılaraq, qabırğasını qıran Kıvanç Tatlıtuğun serialdan əldə edəcəyi aylıq qonorarı təxminən 130 min dollar olacaq.
Onu da qeyd edək ki, "Kurt Seyit ve Şura"ya daha iki oyuncu da qatılıb. Bunlar Sarp Can Köroğlu və Berk Erçerdir.
Günel Həbib
Digər xəbərlər