Teymur Əmrah "Meqafan"nın işçisini qovdurub!

Teymur Əmrah "Meqafan"nın işçisini qovdurub!

9 Yanvar 2014 16:58
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist iki ayağını bir başmağa qoyub

Əməkdar artist Teymur Əmrah ötən ilin son günlərində qalmaqallı bir hadisə ilə üzləşməli olub.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Meqafan" istirahət və əyləncə mərkəzinə baş çəkən müğənni nədənsə telefon nömrəsini işçilərdən birinə verib. Beləcə, nömrə əldən-ələ düşərək, "Meqafan"ın işçiləri arasında yayılıb. "H." adlı bir işçi bilərəkdənmi, bilməyərəkdənmi bir gün bir müğənni kimi Teymur Əmraha zəng vurub. Bundan sonra naməlum nömrələrdən müənnini narahat etməyə başlayıblar. Bu da təbii ki, əməkdar artistin xoşuna gəlməyib.

Hövlnak özünü "Meqafan"a yetirən T.Əmrah həmin işçidən müdiriyyətə şikayət edib. "Mən xalq artistiyəm! Adi müğənni deyiləm ki, məni ələ salıb, lağa qoysunlar! Mən səviyyəli insanam!"- deyə iradını bildirdikdən sonra iki ayağını bir başmağa qoyaraq, "H." adlı işçi haqqında ölçü götürməyi tələb edib. Müdiriyyət "H."-ya töhmət verəcəyini bildirsə də, Teymur müəllim bununla kifayətlənməyib. Beləcə, Teymur Əmrahın ittihamlarına, həmçinin, tələblərinə əsaslanan müdiriyyət Yeni il qabağı "H."-ni işdən qovmaq məcburiyyətində qalıb.

Hazırladı: Könül Aypara