“Eurovision"dan imtina edən ölkələrin sayı 12-yə çatdı

“Eurovision"dan imtina edən ölkələrin sayı 12-yə çatdı

6 Yanvar 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi ölkələr müsabiqənin ictimai marağının itməsi səbəbindən müsabiqədə iştirak etməyəcəyini bildirib

Artıq 12 ölkə "Avroviziya 2014" mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorranın başlatdığı tendensiyanı Bolqariya, Bosniya və Hersoqovina davam etdirir. Serbiya, Çexiya və Kipr kimi bir çox ölkələr bildirib ki, onların müsabiqəsən çıxma səbəbi maddi problemlərlə yanaşı layihəyə olan ictimai marağın itməsidir.

Türkiyə müsabiqədə səsvermə sistemində kiçik dəyişikliyə görə, xüsusən də təşkilatçı komitənin qarışıq münsiflər heyətinə görə istirak etməkdən imtina edib. Bolqariya, Bosniya və Herseqovina, Serbiya və Kipr öz yerli televiziyalarının efirlərində bildiriblər ki, maliyyə çatışmazlığı səbəbi ilə müsabiqədə iştirak etməkdən imtina edib.