Sevda Əliverdiyeva 2014-cü ildə yeniliklər edəcək

Sevda Əliverdiyeva 2014-cü ildə yeniliklər edəcək

6 Yanvar 2014 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

2014-cü ildə sənətdə irəliləyişlər etmək niyyətində olanlardan biri də müğənni Sevda Əliverdiyevadır. O, musiqisi və sözləri Elnur Talıblıya aid olan "Sən" adlı mahnını tamaşaçıların ixtiyarına buraxacaq. "Bu mahnıya klip də çəkilir. Tezliklə hazır olacaq. Efirlərdə yayımlanacaq. Daha bir neçə mahnı da var ki, üzərində işləyirəm. Yavaş-yavaş hər birinə nəfəs verəcəyəm", - deyə açıqlama verən Sevda xanım bu ilin ona uğur gətirəcəyinə əmindir.

Uğurlarınız bol olsun!

Hazırladı: Könül Aypara