Tatlısəs Türkiyədən getdi

Tatlısəs Türkiyədən getdi

6 Aprel 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan məşhur sənətçi İbrahim Tatlısəs müalicəsini xaricdə davam etdirmək qərarına gəlib.

Elə bu səbəbdən də o, səhər saatlarında müalicə gördüyü Xüsusi Məslək Acıbadəm xəstəxanasından təcili yardımla "Atatürk" hava limanına gətirilib. "İmperator" xüsusi olaraq onun üçün hazırlanmış təyyarə ilə Almaniyaya uçub.

Tatlısəsin Almaniyada xüsusi bir reabilitasiya mərkəzində müalicəsi davam etdiriləcək. Bundan başqa, türk hökuməti sənətçi üçün polislərdən ibarət qoruma da təşkil edəcəyinə söz verib.


O.M.