
Vüsalə yenidən qayıdır...
Bir müddətdir efirdən uzaqlaşan aparıcı Vüsalə Əlizadə yenidən fəaliyyətə başlayıb.
Axşam.az-ın məlumatına görə, aparıcı "Lider" telekanalı ilə əməkdaşlıq edəcək. Belə ki, o, "Pərdə" maqazin verilişinin redaktoru vəzifəsinə təyin olunub. Vüsalə həmçinin süjetlərin səsləndirilməsində də iştirak edəcək. Qeyd edək ki, ATV-də işləyən Vüsalə Əlizadə həmkarı Azər İsmayılovla ailə qurandan sonra işləmirdi. Cütlüyün bir qızı olsa da, artıq ayrılıblar.
Digər xəbərlər