Əməkdar artist adını alan müğənni danışdı

Əməkdar artist adını alan müğənni danışdı

11 Dekabr 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Əməkdar artist fəxri adına layiq görülən müğənni Nüşabə Ələsgərli təəssüratlarını ilə bölüşüb: "Əvvəla prezidentimiz İlham Əliyev cənablarına məni əməkdar artist adına layiq gördüyü üçün minnətdarlığımı bildirirəm. Əlbəttə, bu adı aldığıma görə ailəm də, qohumlarım da, xüsusilə yaşlı anam da çox sevinir. Timuçin Əfəndiyevi "Əməkdar Elm Xadimi" adı alması, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 90 illik yubileyimiz münasibəti ilə təbrik edirəm. Məni təbrik edən, bu uğuruma sevinən hər kəsə təşəkkürümü bildirirəm".