Aygün Kazımova soyuq müharibəyə son qoydu!

Aygün Kazımova soyuq müharibəyə son qoydu!

9 Dekabr 2013 11:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Kimlərinsə planlarının qurbanı olmayacağam!"

Ötən gün şou-biznesdə yaranmış qalmaqal böyük hay-küyə səbəb oldu desək, yanılmarıq. Aygün Kazımovanın Natavan Həbibini "erməni" adlandırması bütün ölkəni ayağa qaldırdı. Dünən əsib-coşan xalq artisti nədənsə bu gün soyuq müharibəyə son qoymaq qərarına gəlib. O, sosial şəbəkələr vasitəsilə media nümayəndələrinə müraciət edib:

"Sevimli tamaşaçılarıma, fanatlarıma, canlarıma söyləmək istəyirəm ki, hiss edirəm ki, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir. Hər zaman çox üzülürsünüz, dilxor olursunuz, qırılırsınız. Ətrafda mənə qarşı bu cür hallar yaşananda, elə mən özüm də eyni hissləri yaşayıram. İşləyə, çalışa bilmirəm. Bu halımı heç sevmirəm. İnanın, lider olmaq doğrudan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram. Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiz. Sizə söz verirəm, bir də heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm. Kimlərinsə planlarının qurbanı olmayacam. Və burdan bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtəfərli müsahibələr alıb, məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülürük. Hörmətli media nümayəndələri, sizdən ricam, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piyarına son qoyasız, mənim adımı hallandırmayasız. Mənim bu cür çirkin piyara ehtiyacım yoxdur. İstəmirəm, arzu etmirəm və heç vaxt da etməmişəm. Hörmətlə: Xalq artisti, sizin Aygün Kazımova."

Mediainfo.az