Tarkanla 2 saatlıq vaxt keçirtmək üçün 500 manat ödəməlisiniz

Tarkanla 2 saatlıq vaxt keçirtmək üçün 500 manat ödəməlisiniz

7 Dekabr 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin meqastarı Tarkanın dekabrın 31-də Qubada verəcəyi konsertə biletlərin qiymətləri məlum olub. Yeni il gecəsində iştirak etmək istəyənlər 2 qiymətə bilet sifariş verə bilər. Standart biletlərin qiyməti 350 manat, VİP bilet isə 500 manatdır. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək. Tamaşaçılara gecə saat 12-dək pulsuz içki və soyuq qəlyanaltı masası təklif olunacaq. Saat 12-də Yeni il atəşfəşanlığı başlayacaq və bundan sonra Tarkan səhnəyə çıxacaq. Müğənninin ifası saat 00:30-dan 02:30-dək nəzərdə tutulub. Daha sonra yenidən içki və soyuq qəlyanaltı süfrəsi qonaqların ixtiyarına veriləcək.