REKLAM: Milyon qazandılar...

REKLAM: Milyon qazandılar...

6 Dekabr 2013 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

İllər sonra yenidən (P.S. Daha öncə şokolad firmasının reklamında çəkilmişdi) bir reklam filmində rol alan məşqçi Fatih Terim və müğənni Gülben Ergenin aldığı qonorar eşidənlərin dodaqlarını uçuqlatdı. Belə ki, "Hepsiburada.com"un üzü olan ünlülər kiçik bir "əziyyət" üçün milyon qazandılar.

Fatih Terim bu işi üçün 1 milyon dollar alaraq, cib kisəsini doldurdu. Gülben Ergen bundan öncə reklam filminə (dondurma) görə 300 min dollar qazanmışdısa, bu dəfə qonorarını hardasa ikiyə qatladı. Və 500 min dollarlıq müqaviləyə imzasını atdı.

GÜNEL Həbib