"Eurovision"un qalibi Ruslana: "Özümü yandıracam!"

"Eurovision"un qalibi Ruslana: "Özümü yandıracam!"

6 Dekabr 2013 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı müğənni Ruslana ölkəsində dəyişiklik olmazsa, özünü Maydanda yandıracağını bəyan edib

O, bu açıqlamanı Maydanda çıxışı zamanı söyləyib. Ruslana qeyd edib ki, əgər mitinq edənlərin tələbləri yerinə yetirilməsə, özünü öldürməyə də hazırdır. "Eurivision-2004" mahnı yarışmasının qalibi meydana yığışanları birgə olmağa və geri çəkilməməyə çağırıb: "Sizə, həqiqətən, deyirəm ki, əgər dəyişiklik olmasa, özümü bu Maydanda yandıracağam. Bu, mənim konkret qərarımdır".