Elitstar Cəmilə veriliş açır

Elitstar Cəmilə veriliş açır

5 Dekabr 2013 18:13
Bəyəndim (0) Bəyənmədim (0)
"Çox maraqlı olacaq"

Elitstar Cəmilənin başı çəkilişlərə qarışıb. O, həmkarları kimi nə klip çəkdirir, nə də reklam çarxı. Bu dəfə Cəmilə xanım yenilik etməklə məşğuldur. İndən belə müğənnini aparıcı qismində görsəniz, heç də təəccüblənməyin!

Bəli, Elitstar Cəmilə yeni veriliş hazırlayır. Qürbətdə yaşayan azərbaycanlılarla bağlı olacaq bu verilişin artıq ilk buraxılışı hazırdır. Çəkiliş Rusiyanın Vladivostok şəhərində həyata keçib. "Yeni veriliş hazırlayıram. Hələ hansı kanalda gedəcək, bəlli deyil, amma çox maraqlı olacaq, İnşallah", - deyə Mediainfo.az-a açıqlama verən Cəmilə dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizlə görüşəcəyini də əlavə etdi.

Bəyənmirsiz... Gör neyləyir?! Xeyirli olsun!

Hazırladı: Könül Aypara