Həmid: "Birdən qucağıma atıldı, mən də özümü sındırmadım"

Həmid: "Birdən qucağıma atıldı, mən də özümü sındırmadım"

27 Noyabr 2013 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən yayımladığımız "Həmid Sultan evli olsa da, başqa birini sevir..." http://www.mediainfo.az/shou/20474 başlıqlı xəbər qısa zamanda əks-səda doğurdu. Oxucularımızdan bəziləri bu xəbərə qarşı çıxıb, müğənni Dilarəni qınasalar da, bəziləri isə "sevgi azaddır" deyib, ona haqq qazandırdılar. Bir jurnalist kimi borcumuz təbii ki, əks tərəfin də fikirlərini öyrənmək və sizə çatdırmaq idi. Biz də vəzifəmizi yerinə yetirib, Həmid Sultanın olaya münasibətini öyrəndik:

- Şəkil çoxdanın şəklidir. Bilmirəm o qız nə məqsədlə bunu edir? O, mənim fanatım olub. Bir gün pərəstişkarlarımla məkanların birində görüşəndə o da gəldi. Şəkil çəkdirdi, sonra qucağıma atıldı. Mən də oğlanam da, özümü sındırmamaq üçün mən də onu qucaqladım.

O, bu yolla özünü reklam etmək istəyir. Mən artıq qalmaqaldan uzaq durmağa çalışıram. Ancaq görünür, mərdiməzarı axtarmaqla deyil. Az da olsa uğurlarım var. Mən öz zəhmətimlə gəlmişəm bu sənətə, nə day-dayım olub, nə də ki, sponsorum. Xahiş edirəm, mənim adımı ləkələməyə icazə verməyin.

Mediainfo.az