
Bu an üçün sərvət xərcləndi
Almaniyanın
Düsseldorf şəhərində təşkil edilən 56-cı "Eurovision" mahnı
müsabiqəsində 6-cı olan Dino Merlin ölkəsinə qayıtdı.
Merlin "Sarayevo" hava
limanında jurnalistlərə verdiyi açıqlamada "Eurovision Song Contest"də bu
il birinci olan Azərbaycanın strategiya baxımından illərdir bu müsabiqəyə
investisiya etdiyini ifadə edərək, "Mahnıdan daha çox qoyulan yaxşı
sərmayə müsbət nəticə verdi. Azərbaycan keçən il "Eurovision" üçün 3,
bu il isə təxminən 2 milyon avro xərclədi. Azərbaycan bu müsabiqəyə
yaxşı sərmayə qoydu və nəticəsini aldı", - dedi. O, Bosniya-Herseqovinanın müsabiqədə altıncı olmasından
məmnun olduğunu ifadə edərək, "5 ay ərzində ciddi iş rejimində idik. 43
ölkə arasında 6-cı olmaq da bir uğurdur", - deyə əlavə etdi.
150 min avroluq sərmayə ilə müsabiqəyə qatılan Bosniya-Herseqovina "Love in Rewind" (Geriyə sarılmış eşq) adlı parça ilə çıxış etmişdi. Bu parçanı səsləndirən Dino Merlin isə Bosniya musiqisinin "yaşayan əfsanəsi" kimi göstərilir.
Yüz yeyənin olsun, bir deyənin olmasın...
Günel Həbib
O.M.