“İlhamə Quliyevanın özünü Akademiya Prezidenti kimi təqdim etməsi əsassız və yalandır”
Nazpərinin vəkili İlhamə Quliyeva ilə bağlı sorğunun nəticələrini açıqladı
Dünya Azərbaycanlıları Konqresi xalq artisti İlhamə Quliyevanın qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət Akademiyasının prezidenti olması məsələsinə münasibət bildirib. Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyevin konqresə göndərdiyi sorğunu cavablayan DAK həmsədri Sabir Rüstəmxanlı qurumun nəzdində belə bir akademiyanın mövcud olmadığını və bu səbəbdən hansısa sənət adamının özünü Akademiyanın prezidenti kimi təqdim etməsini əsassız və yalan adlandırıb. DAK sədri Mirəşrəf Fətiyev də həmin sorğunu cavablandırıb:"Azərbaycan vətəndaşı İlhamə Quliyevanın özünü bu təşkilatın Mədəniyyət Akademiyasının prezidenti kimi təqdim etməsi emosiyadır və bunu aşağıdakı tezislərə sübut edirik:Mədəniyyət Akademiyası adlı orqan DAK-ın heç bir qurultayında yaradılmayıb. İlhamə Quliyeva DAK-ın 1997-ci ildən bu günə kimi keçirilən heç bir qurultayında bu vəzifəyə təyin edilməyib və seçilməyib. İlhamə Quliyeva DAK-ın tədbirlərinə peşəkar müğənni qismində dəvət edilib və ona təşkilatı masalarda iştirakını təmin edən heç bir yer verilməyib. DAK adından İlhamə Quliyevanın adını çəkdiyi və bizə məlum olmayan "Mədəniyyət Akademiyası" bu günə kimi DAK taşkilatının orqanı kimi tədbir keçirməyib". Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
O.M.