Bilal Əliyev Həccə gedir
Xalq artisti Bilal Əliyev toy qiymətini qaldırıb.
"Qafqazinfo"ya açıqlama verən xalq artisti toy qiymətini 130 min manatdan 200 min manata qaldırdığını bildirib:"Toy qiymətini qaldırmışam. Artıq toylara 200 min manata gedəcəm. Məni sevənlər bu qiymətə də məni öz toy məclislərinə dəvət edəcəklər. 2014-cü il Həcc ziyarətinə gedib gəldikdən sonra toylarda ifa etməyəcəm. Ancaq dost-tanışın toyuna qonaq olaraq gedəcəm. Dövlət tədbirlərində və konsertlərində çıxış edəcəm, ölkəmizi xaricdə layiqincə təmsil edəcəm. Dünən bu haqda mətbuat katibim "Facebook" səhifəmdə də yazıb".
Müğənni yeni mahnılar üzərində işləyir: "Hazırda yaradıcılıq işləri ilə məşğul oluram. 30-a yaxın mahnı hazırlayıram. Cahangir Cahangirov, Müslüm Maqamayev, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və Ramiz Mirişlinin mahnıları üzərində işləyirəm".
Xalq artisti son zamanlar şou-biznesdə baş verən qalmaqallara da münasibət bildirib:"Mən qalmaqal salanların işlərinə qarışa bilmərəm, hər kəs azaddır, öz düşüncələri, həyat tərzi var. Onlar elə düşünür elə edir, mən isə belə düşünürəm belə edirəm. İnsan həyatda azaddır. Yaşadığı ömür ürəyicə olmalıdır, heç kimin işinə qarışmaq olmaz. Ona görə mən heç kimin işinə qarışmıram".
O.M.