Şok: "İntikam" baş rolçusuz qaldı...
Külək kimi əsib keçdi...
"Revenge" serialının türk versiyası olaraq ötən il yayımlanmağa başlayan "İntikam"da sürpriz ayrılıq yaşandı! Beren Saatın uşaqlıq sevgisi olan Rüzgar xarakterinə can verən Nejat İşlər ani bir qərarla serialdan ayrıldı. İşlerin komanda heyətində bəzi oyuncularla problem yaşadığı üçün layihədən ayrıldığı iddia edildi. Yayboyu Bodrumda yaşayan aktyor "İntikam"ın yeni sezon çəkilişlərinə qatılmadı. Yeni mövsümün fraqmanlarında da görünməyən ünlü sağlamlığında problem olduğunu səbəb kimi göstərdi. Nejat İşləri heç cür razı sala bilməyən şirkət yeni "Rüzgar" axtarışına çıxdı. Yiğit Özşenerlə danışıqlar aparılsa da, alternativ olaraq yeni oyuncular da gözdən keçirilir.
Günel Həbib
O.M.
Digər xəbərlər