Aygün Kazımovanın konserti Türkiyə mediasında işıqlandırıldı

Aygün Kazımovanın konserti Türkiyə mediasında işıqlandırıldı

29 İyul 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Aygün Kazımova diqqətləri üzərinə çəkdi"

Bildiyiniz kimi, bir neçə gün öncə xalq artisti Aygün Kazımova "Amburan" istirahət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib. Konserti nəinki Azərbaycan mediası, həmçinin türk jurnalistləri də öz qəzetlərində geniş şəkildə işıqlandırıblar:

"Azərbaycanın "Superstarı" kimi tanınan Diva Aygün Kazımova ötən günlərdə modelyer Ramazo Romanın dəvəti ilə İstanbula gəlmişdi. Azərbaycanın Superstarı Türkiyədə bir çox proyektlərə imza atıb. Snoop Dogla duetindən və albom işlərindən sonra ölkəsi Azərbaycana dönən Diva bu dəfə Murat Yetərin orkestri ilə Bakının ən böyük və elit salonunda konsert verdi. 1000 nəfərlik salonu dolduran Diva Aygün Kazımova konsertində çoxlu türk mahnıları oxudu. Bunlardan biri də İbrahim Tatlısesin "Kim çəkər səni?" mahnısı idi.

Superstar Bakıda verdiyi konsertdə tanınmış modelyer Ramazo Romanın "Kəpənək" kolleksiyasından bir geyim geyinərək, möhtəşəm görüntüsü ilə bütün diqqətləri üzərinə çəkdi.

Hazırladı: Könül Aypara

http://sanat-magazin.com/2013/07/28/azerbaycanin-super-stari-aygun-kazimova-baku-konserinde-turkce-sarkilar-soyledi/