VİDEO: "Alkaşlıq eləməsinlər, onda hər şey düzələr"

VİDEO: "Alkaşlıq eləməsinlər, onda hər şey düzələr"

29 İyul 2013 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
Brilliant-Aygün münaqişəsi səngimək bilmir

Yay fəslində havaların küləkli olması şou-biznes aləminə də öz təsirini göstərməkdədir. Ağacların əsməsi, dənizin fırtınası, tozanağın qalxması xalq artisti Brilliant Dadaşovanı da bir növ coşdurub.

Belə ki, Facebook sosial şəbəkəsinə yenicə qoşulduğu vaxtlarda B.Dadaşova uzanıqlı vəziyyətdə, həm də makiyajsız bir şəklini paylaşmışdı. Həmin şəklə hələ də rəy bildirənlər var. Son günlər şəklə münasibət yazan istifadəçilərin fikirləri xalq artistini lap hövsələdən çıxardıb desək, yanılmarıq. "54 yaşı var", "makiyajsız nə gündədir", "vay-vay, canlı ölü kimisiz" və s. kimi təhqirlərin yer aldığı şərhlərə tab gətirməyən Dadaşova dörd saat əvvəl öz münasibətini bildirmək məcburiyyətində qalıb:

"Çağırılmamış qonaqlar burda əməlli-başlı həlak ediblər ki özlərini. İndi lap çox anladım ki, yananları cızdağ edib, yandırmışam. Dostlarım var olsunlar! Atlanıb-düşənləri yaxşı otuzdururlar yerində! Təbii ki, pis görsənsəm, bu qədər əziyyət çəkib, o "gözəl" barmaqlarınızı yormazdınız. Ay bəzi "oxuyançıların" "fanatları", məsləhətim: belə görünmək üçün hər dəqiqəbaşı estetik yapdırmağa ehtiyac yoxdur. Çünki sonra meymuna oxşayırlar. Alkaşlıq eləməsinlər, onda hər şey düzələr" .

Xatırladaq ki, bir vaxtlar ən yaxın rəfiqə olan xalq artistləri Brilliant Dadaşova ilə Aygün Kazımova indi küsülüdürlər. Və sosial şəbəkələr vasitəsilə bir-birinin ünvanına xoşagəlməz ifadələr işlətməklə uzun müddət gündəmdə qaldılar. O ki qaldı "alkaş" məsələsinə, doğrudur, B.Dadaşova həmin sözü kimə ünvanladığını açıq-aşkar qeyd etməyib. Buna baxmayaraq, söhbətin kimdən getdiyi Youtube-dakı görüntülərdən bəllidir.

Hazırladı: Könül Aypara