Xalq artisti iftarını xalq arasında açdı

Xalq artisti iftarını xalq arasında açdı

29 İyul 2013 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Brilliant Dadaşova müqəddəs Ramazan ayı münasibətiylə iftar süfrəsi açıb.

Dnən Təzə Pir Məscidinin böyük zalında gerçəkləşən iftar süfrəsində Azərbaycanın ziyalıları, sənət və media nümayəndələri, sənətkarın fanatları eləcə də ehtiyacı olan insanlar iştirak edib. Gələn qonaqları həyat yoldaşı və işçi qrupu ilə bərabər şəxsən qarşılayan Dadaşovanın qonaqlarının arasında millət vəkili Qənirə Paşayeva, əməkdar incəsənət xaidimi Fəxriyyə Xələfova,şair Vahid Əziz, xalq artistləri Flora Kərimova, Səkinə İsmayilova, Canəli Əkbərov, əməkdar artistlər Elza Seyidcahan, Ruhəngiz Allahverdiyeva və başqaları da olub.

Gecənin diqqət çəkən digər məqamı isə müğənninin media nümayəndələrinə müsahibə verməkdən və çəkiliş aparilmasından boyun qaçırması olub. Müğənni bunun əvəzində gələn media nümayəndələrini süfrə arxasına dəvət edərək gecənin mətbuatda işıqlandırılmasını istəməyib. Əsasən sənətkarlar və ziyalıların ortamında keçən tədbir boyunca din xadimlərinin müqəddəs ramazan ayı haqqında məlumatları və duaları səslənib.

O.M.