"Maral" Nadir Qafarzadəni harınlatdı

"Maral" Nadir Qafarzadəni harınlatdı

27 İyul 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda 300 minlik ev alan populyar müğənni Nadir Qafarzadə deyəsən harınlayıb. Populyar müğənni axşam.az-a açıqlamasında toy qiymətini qaldırdığını deyib. Nadir bunu "Maral" mahnısı məşhurlaşdıqdan sonra edib. O, özünü ən çox tələb olunan müğənni adlandırıb: "Etiraf edim ki, ayın hər günü toya getmirəm. Otuz gün ucuz toyda olmaqdansa, ayda səkkiz bahalı məclisə dəvət alıram. Bəzi müğənniləri heç yerə çağırmırlar. Deyir ki, bəsdir də Nadir, hər yerdə sən görünürsən. O, heç kimə lazım olmadığını başa düşmür. Hamı Nadiri dəvət edir. Çünki bir çox müğənnilər nə mahnı yazır, nə klip çəkir, nə də konsert verir. Bu cür sənətçi heç kimə maraqlı olmur".

O.M.