
Ruhinin oğlanları ilk dəfə görüntüləndi
Ad günü...
ATV telekanalında yayımlanan "Özünə bax" layihəsinin müəllifi Ruhi Əliyeva əkiz oğlanlarına ad günü keçirib
Ruhinin Məhəmməd və Həsən adlı övladlarının 1 yaşı tamam olub.Əkizləri təbrik edənlər arasında müğənni Röya, Sevda Yahyayeva, aparıcı Lalə Azərtac və başqaları olub.Ad günündə yalnız Ruhiyə yaxın xanımlar, televiziya aparıcıları və qohumlar iştirak edib. Dəniz kənarındakı "Nar Şərab" restroranında baş tutan məclisdə unudulmaz anlar yaşanıb, atəşfəşanlıq olub. Qeyd edək ki, Ruhi 1 yaşını qeyd etdiyi oğlanlarını indiyə kimi media qarşısına çıxarmayıb. Onun ən böyük arzusu ana olmaq idi. Ruhi ötən il dünyaya əkiz övlad gətirib. Onlardan birinə Məhəmməd, birinə isə Həsən adını verib. Təbrik edirik!
O.M.
Digər xəbərlər