Nura Suri oğluyla bağlı açıqlama verdi

Nura Suri oğluyla bağlı açıqlama verdi

26 İyul 2013 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur müğənni Nura Suri bu gün mətbuatda haqqında yazılan xəbərə münasibət bildirib. Açıqlamasında müğənni bu tip xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Deyəsən, bəzi jurnalistlər mövzu qıtlığı yaşayır. Mövzu tapılmayanda isə məşhur adamların şəxsi həyatlarına müdaxilə etmək qərarına gəlirlər. Mən sizin sayt vasitəsilə demək istəyirəm ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mənim haqda çıxan xəbər həqiqəti əks etdirmir. Həmin yalan xəbəri yayan insanlara isə tövsiyə edərdim ki, insanların həyatına müdaxilə etməkdənsə, daha ciddi işlərlə məşğul olsunlar. Bu etdikləri qanuna ziddir. Mənim fəaliyyətim haqqında yazmaq ixtiyarları var. Amma şəxsi həyatımnan doğru və yanlış xəbər yazmaq qanuna ziddir. Azərbaycan Konstitutsiyasından xəbərləri yoxdur, çox güman ki."

Müğənni bildirib ki, hazırda o övladının ad gününə hazırlaşır və heç yana getmək fikri yoxdur: "Mən övladımın ad gününə hazırlaşıram, ailəmizdə bayram ab-havası yaşanır. Heç bir hadisə, heç bir yanlış xəbər bizim əhvalımızı korlaya bilməz.

Nura Suri həmçinin yanlış xəbər yayan insanlara da müraciət edib: "Bildiyiniz kimi, bu günlərdə cənab prezident bir qrup jurnalistə mənzil hədiyyə etdi və qələm əhlinə ən yüksək qiyməti verdi. Mənim də obyektiv, qərəzsiz, hər şey olduğu kimi yazan, göstərən jurnalistlərə çox böyük hörmətim var. Amma çox təəsüüf ki, bəzi hallarda sensasiya arxasınca qaçan jurnalistlər də olur və reytinq qazanmaq, populyar olmaq üçün insanların həyatına müdaxilə edirlər. Çox istərdim ki, bu tip yalan xəbər yayan jurnalistlər peşələrinə hörmət etsinlər, onu gözdən salmağa çalışmasınlar."

Xatırladaq ki, mətbuatda Nuranın keçmiş əri Əlirza Suri yetkinlik yaşına çatmamış övladının başqa ölkəyə aparılmasına razı olmamasıyla bağlı xəbər yayımlanıb. Nura bununla bağlı keçmiş həyat yoldaşına qarşı yetkinlik yaşına çatmayan uşağın digər valideynin razılığı olmadan ölkədən getməyinə və ölkəyə gəlməyinə icazə verilməsi tələbinə dair iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsi iddianı təmin etməyib.

O.M.